
Rutidu - hərfi mənası olmayan amma mənə özəl olan bir addır.
Məsələn əvvəl google-da Rutidu yazanda heç nə gəlmirdi. Deyirdi bəlkə filan ad demək istəyirsiniz və s. Amma indi google-da Rutidu yazanda çoxu mənə aid, mənimlə əlaqəsi olan şeylər gəlir. Və ya nə vaxtsa bəyəndiyim şəkil və s. Sırf özüm olmasam da təxminən 90% məlumatın haradan gəldiyini bilirəm yəni. Ona görə o ad mənə özəl addır.
O adın tarixi:
Haradasa 10 ildən çox zaman olarki vkontakt.ru-da qeydiyyatdan keçirdim. Qeydiyyat zamanı nömrəni yazdım. Telefon nömrəsinə təhlükəsizlik kodu gəldi. Bu kod "rutidu" və rəqəmlərdən ibarət idi. Bu kodu yazıb qeydiyyatı təsdiqlədim. Nədənsə çox xoşuma gəldi. Çox xoşuma gəldiyi üçün bunu parol kimi istifadə etdim. Çünki heç kəsin ağlına gəlməyəcəyi bir sözdür. O zamanki ağlımla kimsə parolu qırmaq istəsə ağlına gəlməsin. Nəsə bir neçə il bunu parol olaraq istifadə etdim. Sonra haradasa qeydiyyatdan keçəndə Login mövzusu məni çox bezdirirdi. Çünki Elvin çox yayılmış bir addır. Nə cür yazsam, qabağına nə rəqəm atsam deyirdi istifadə olunur. Hətta bir oyunda Login mövzusundan bezib, adı Lalalala qoymuşdum. Bütün bunları nəzərə alıb sonda Rutidu-nu parollardan çıxarıb login kimi istifadə etməyə başladım.
Hal hazırda bu mənə çox sərf edir. Hardansa qeydiyyatdan keçəndə Rutidu yazıram srazı götürür. Ona görədə bütün hesablarm Rutidu, Rutidu Elvin olaraq gedir.
Həmçinin bu adı yalnız mən(yada mənlə bağlı) istifadə edirəm deyə, mənə məxsus sayılır. Buda ayrı bir maraq qatır işin içinə))
Bu səhifəni sadəcə maraq və əyləncə üçün açmışam. Bir zamanlar Web proqramlaşdırmanı öyrənirdim. Kursdan(Yup Tecnology) müəllim "blog web səhifəsi" açmağı tapşırmışdı. Və bu şablonu o zamanlar alıb, blog səhifəsi kimi düzəlişlər etməli idim. Amma bəzi şəxsi səbəblərdən kursu yarıda saxlamalı oldum və blog səhifəm yarımçıq qaldı. Və yaxın günlərdə (5-il sonra) bloga yenidən geri dönüb tamamlamaq qərarına gəldim. Buda qarşınızda həmin blog...
Əlaqə: