Bəlkə tanış olaq?

Elvin Məmmədli
Rutidu Elvin
Mən Elvin Məmmədli, və ya Rutidu Elvin səyahət etməyi, dağları, təbiətdə gəzməyi (hiking, treking), təbiətdə vaxt keçirməyi (kamp etməyi) çox sevirəm..
Getdiyim yerlərdən qısa vloglar çəkərək həm ora haqqında məlumat verirəm, həm də oranı sizinlə birlikdə kəşf etməyə çalışıram. Bir sözlə gedib gördüklərimi, görüb öyrəndiklərimi sizinlə paylaşmaqdan zövq alıram.
Məni sosial media üzərindən izləsəniz şad olaram...
Bəs niyə bu blog səhifəsini açdım?
İlk öncə onu deyim ki, bu səhifəni sadəcə maraq və əyləncə üçün açmışam. Bir zamanlar Web proqramlaşdırmanı öyrənirdim. Kursdan (Yup Technology) müəllim "blog web səhifəsi" açmağı tapşırmışdı. Və bu şablonu o zamanlar alıb, blog səhifəsi kimi düzəlişlər etməli idim. Amma bəzi şəxsi səbəblərdən kursu yarıda saxlamalı oldum və blog səhifəm yarımçıq qaldı. Və yaxın günlərdə (5 il sonra) bloga yenidən geri dönüb tamamlamaq qərarına gəldim. Buda qarşınızda həmin blog...