Təbiətdə Ayı ilə qarşılaşmaq...

Paylaşdı: Rutidu Müəllif: Toğrul Naritalia Cəfərov

- Ən çox verilən suallardan, yaşanan qorxulardan biri, "ayı ilə qarşılaşmaqdan qorxmursuz?". Həmişə dediyim bir cavab var, "özünüzü iki ayaqlılardan qoruyun, dörd ayaqlılar sizə heç nə etməz". Əgər səyahət zamanı praktikaya uyğun davransanız Azərbaycanda 99 faiz vəhşi heyvanla qarşılaşmayacaqsınız.

Bu davranış qaydaları necə olur!?

Əvvəla unutmayın ki, siz meşəyə,dağa gedəndə təbiətə qonaq gedirsiniz, özünüzü ev sahibi kimi aparmayın.

Demək, yol gedərkən tək və ya qrupla olmağımızdan asılı olmayaraq aşağıdakıları etsəniz, yolunuza heç bir heyvan çıxmaz.

  • 1. Danışın, söhbət edin (fasiləsiz yox təbii ki).
  • 2. Əlinizdə hər zaman çomaq olsun, onu arada quru ağaclara vuraraq ara-bir səs çıxardın, ara-sıra ayağınızın altında qalan quru ağaclara vurun, "çart" eləyə sınsın. (meşədə səs tez yayılır).
  • 3. Siqaret çəkənlər ümumiyyətlə rahat olsunlar, onlar istəsə də heyvan yaxınlaşmaz, tüstünün qoxusunu heyvan tez alır (siqaret kötüklərini cibinizə yığmağı unutmayın).
  • 4. Sərt döngələr, önünü görmədiyiniz, səsinizin getmədiyi, şübhələndiyiniz tək cığırlar olarsa önə kiçik daşlar ata və ya dərədən aşağıya doğru biraz həcmli daşlar diyirlədə bilərsiz.
  • 5. Əgər vəhşi heyvanla (ayı ilə) qarşılaşdınızsa qaçmayın, ondan böyük görünməyə, geyiminizi, əlinizdəki əşyanı başınızın üstündə tutaraq meydan oxumağa, ondan daha bərk bağırmağa və bir yerə toplanmağa çalışın.
  • 6. Soyuqqanlılığınızı qoruyub doğru qərar verməyə çalışın. Bir sözlə Qorxmayın.
  • 7. Ayının başını qarışdıracaq çiyin çantanızı ona doğru ataraq yavaşca uzaqlaşa bilərsiniz.
  • 8. Yanınızda sərt dərə varsa oradan sürüşərək uzaqlaşa bilərsiz (amma diqqətli olun ağaclara dəyib ayıya hazır yem olmayasınız).