
Çiçi kəndi - Quba
Çiçi kəndi Quba rayonundan 60-km məsafədə, dağətəyi ərazidə yerləşir. Turizm üçün əlverişli olan bu kənd dağlar və meşəliklər ilə əhatə olunmuşdur. Əhalisi Tat-lardan ibarətdir.
Çiçi sözünün mənası barədə bir sıra fikrlər irəli sürülmüşdür. Bəzi tədqiqatçılara görə, Çiçi sözünün mənası «Çuçi» sözündəndir. Tat dilindəki "çu" (ağac) və Azərbaycan dilində ki-"çi" (peşə-sənət bildirən şəkilçi) komponentlərindən düzəlib, "odunçu, ağac məmulatı hazırlayan" mənasındadır.
Deyildiyinə görə, bu kəndin yeri qalın meşəlik imiş. İlkin olaraq burada məskən salan adamlar odun, meşə materialları satmaqla və kömür istehsal etməklə məşğul olmuşlar. Beləliklə, ətrafda yaşayan tatlar oranı «Çuçi» (Çiçi) – yəni «odunçu yaşayan yer» adlandırmışlar.
Çiçi xalçaları
Çiçi meşəlikləri və təbiəti ilə yanaşı xalçaçılığı ilə də məhşurdur. Çiçi xalçaları, Azərbaycan xalçaçılıq sənətinin mühüm nümunələrindən biridir. Bu xalçalar Şirvan xalçaçılıq məktəbinin tərkibinə daxildir və adlarını Quba rayonundakı Çiçi kəndindən alıblar. Çiçi xalçaları xüsusilə keyfiyyətli yundan toxunduğu və incə naxışlarla bəzədildiyi üçün məşhurdur.
Çiçi xalçaları Azərbaycan xalçaçılıq sənətində çox yüksək qiymətləndirilir və onların bəzi nümunələri dünyanın məşhur muzeylərində sərgilənir. "Ağgül" Çiçi xalçası və "Qollu" Çiçi xalçası bunlara misaldır. 1712-ci ildə toxunmuş «Qollu Çiçi» xalçası hazırda Nyu – Yorkdakı «Metropolitan» muzeyində saxlanılır. Bundan əlavə Londondakı Viktoriya və Albert Muzeyində və Parisdəki Luvr Muzeyində saxlanılan Çiçi xalçaları da buna misaldır.
Bu xalçalar, həmçinin UNESCO-nun "Azərbaycan xalçaçılıq sənəti" irs siyahısına daxil olan xalçaçılıq ənənələrinin bir hissəsidir.