Çilov adası

Paylaşdı: Rutidu Müəllif: Elşən İsmayılov

- Bəli bura Abşeron yarmadasından 25 km, Bakıdan isə 100 km şərqdə yerləşən Çilov adasıdır 😍

Ada üçün ən gözəl zaman yay ayları sayılır.

Bir də gedərəmmi?

- Əlbəttə 😍

Keçək indi ada haqqında qısa məlumata.

⛴️ Adaya yalnız gəmi və vertolyot ilə gəlmək mümkündür. Hər iki nəqliyyat vasitəsi pulsuzdur. Amma vertalyot Socar işçiləri üçün nəzərdə tutulduğundan gediş gəliş adətən gəmi ilə həyata keçirilir. Gəmilər böyüklüyünə, genişliyinə görə biri birindən fərqlənir. Bəxtinizə hansının düşəcəyi isə sadəcə şans məsələsidir. Ən sürətli gəmi 2-2,5 saat, orta sürətli gəmi 3,5-4 saata çatır. Hava şəraiti normal olarsa gəmi hər gün olur.

🏠 Adada hal hazırda yaşayış var, evlər, məktəb, bağça və məscid fəaliyyət göstərir.

🚍 Adada avtobuslar pulsuzdur. İstədiyiniz yerdə minib, istədiyniz yerdə enə bilərsiniz. Şəxsi maşınlar isə barmaqla sayılacaq qədər azdır. DYP işçisi, radar və kamera yoxdur.

📝 Bura necə gəlmək olar?

Bura yalnız ada sakinlərinin sizin üçün icra nümayəndəliyindən aldığı dəvət məktubu ilə gələ bilərsiniz. İcra nümayəndəliyinin verdiyi siyahı əsasında gəmiyə buraxılırsınız. Eyni ilə də adada sizə dəvət göndərən şəxs sizi qarşılamalıdır.

❌ Adaya spirtli içki gətirmək, satmaq, içmək qəti qadağandır. Eyni zamanda siz adaya nəyinki odlu silah heç bıçaq da gətirə bilməzsiniz. İstər üzərinizdə istərsə də çantanızda. Heç bir halda icazə verilmir.

- Adada haranı gəzə bilərik?

⚓️ Adanın maraqlı yerləri:

  • 1. 🏡 Taxta evlər. Adanın özünəməxsus taxta evləri var, ancaq baxımsızlıqdan çoxu dağılıb gedir.
  • 2. 💡Mayak. XIX əsrdə tikilib, adanın hər yerindən görünür.
  • 3. ⚓️ Urnos (kiçik Çilov adası) Burda insan yaşamır, ağac da yoxdur, gözəl çimərliyi var.
  • 4. 🏡 Köhnə qəsəbə. İlk sakinlər burada, yəni adanın şimal hissəsində məskunlaşıblar.
  • 5. 🏡 Yeni qəsəbə. Neft tapıldıqdan sonra yeni yaradılan və müasir qəsəbə. Məktəb, bağça və xəstəxanalar buradadır.
  • 6. 🏊🏼‍♂️ Çimərliklər. Adanın neftdən sonra ən böyük sərvəti təmiz çimərlikləridir. Təmizdir, dərin deyil.
  • 7. 💒 Rus qəbiristanlığı. Maraqlı köhnə qəbir daşları və xaçlar var, əslində tarixdir, qorunmalıdır.
  • 8. ☘️ Park. Mövcud şəraiti nəzərə alsaq çox gözəl parkdır, ümumiyyətlə adanın yaşıllaşmasında əməyi keçənlərə böyük təşəkkür düşür, söhbət zəhmətkeş MKT (JEK) əməkdaşlarından gedir.
  • 9. ⚽️ Stadion. SOCAR-ın ada əhalisinə etdiyi ən böyük yaxşılıqlardan biri bu stadiondur. Gənclər axşamlar burada futbol və voleybol oynayırlar, bəzən maraqlı yarışlar da keçirilir.
  • 10. 🕌 Məscid. Hazırda da əzan oxunur, namaz qılınır.
  • ☘️ Çilova “iydə ətirli ada” da deyirlər. Quraqlığa davamlı olduğu üçün adanın küçələri iydə və yasəmən ağaclarıyla doludur və hər tərəfdən gözəl iydə və yasəmən qoxusu gəlir.
  • ☘️ Son onillikdə ümumilikdə 100 mindən çox zeytun, küknar, eldar şamı, əncir və digər həmşəyaşıl ağaclar əkilmişdir, bu da adanı gözəlləşdirir və daha maraqlı edir.
  • ⚓️ Çilov sakit yerdir. Ancaq avtobuslar, idarə maşınları və bir neçə şəxsi avtomobil var. Yol polisi yoxdur. Adanın daxili qaydalarına görə, bura spirtli içki və narkotik vasitələr gətirmək olmaz.
  • Adada gəzərkən adamın ruhu dincəlir. Sakit, təmiz, baxımlı küçələri, yaşıllıq, köhnə evlər, dənizin, qağayıların səsi və s.

Note: Adaya gəlməyimdə, orada gəzməyimdə yardımçı olan hər kəsə, Mehdi, Ziya, Muxtar dayı, Emin və Elşən bəyə xüsusi təşəkkürlər 💙